Elman Rüstəmov: “Devalvasiyadan danışmaq qeyri-ciddidir”
“Devalvasiya barədə danışmaq qeyri-ciddidir” deyən Elman Rüstəmov vurğulayıb ki, bütün proqnozlar makroiqtisadi sabitlik üzərində qurulub və bu il makroiqtisadi sabitliyi təmin etmək üçün kifayət qədər resurs mövcuddur.
“Cari il makroiqtisadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Mərkəzi Bankın siyasəti aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası əsasında qurulub”, – deyə E.Rüstəmov qeyd edib.
Azvision.az
Teqlər: Mərkəzi-Bank