Mərkəzi Bank 350 milyon manat cəlb edir

  01 Fevral 2019    Oxunub : 753
Mərkəzi Bank 350 milyon manat cəlb edir
Fevralın 4-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az banka istinadən xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,26-9,24 faiz təşkil edir.

Azvision.az

Teqlər: AMB   Manat