Azərbaycan Almaniyaya müalicəvi çay ixrac edəcək

Azərbaycan Almaniyaya müalicəvi çay ixrac edəcək
  04 Fevral 2019    Oxunub:1898
Azərbaycan Almaniyaya müalicəvi çay ixracına başlayacaq.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanvarın 18-27-də Almaniyanın paytaxtı Berlində keçirilən “Beynəlxalq Yaşıl Həftə-2019” sərgisi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Belə ki, Azərbaycanın “Herba Flora” şirkəti Almaniyanın “Herbacon GmbH” və Tramontabio” şirkətləri ilə müalicəvi çayların ixracına, “Babək Sirab” ASC şirkəti ilə Qətərin “Dandy Company Ltd” şirkəti isə mineral suların ixracına dair razılığa gəlib.

Qeyd edək ki, sərgidə şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və sair sahələrdə fəaliyyət göstərən 14 Azərbaycan şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edilib.

Azvision.az



Teqlər: İqtisadiyyat-Nazirliyi   Almaniya   Çay  





Xəbər lenti