Rabitə sisteminin işində problem yaranmayıb

Rabitə sisteminin işində problem yaranmayıb
  06 Fevral 2019    Oxunub:2063
Fevralın 5-də Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində zəlzələ baş verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib. Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb.

Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib.

Azvision.az


Teqlər: Zəlzələ   Rabitə  





Xəbər lenti