21 ildə Naxçıvanda 44 minə yaxın iş yeri açılıb
Qeyd olunub ki, məşğul əhalinin sayı 2008-ci ilin sonu ilə müqayisədə 22,8 faiz artaraq 237,4 min nəfərə çatıb. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 433 manat olub ki, 2008-ci ildə bu göstərici 235,2 manat səviyyəsində olub.
2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 1 milyard 638 milyon manata yaxın olub ki, bu da 2008-ci ildəki göstəricidən 4,2 dəfə çoxdur.
Azvision.az
Teqlər: Naxçıvan Statistika