Neft Fondu bir ayda 635 milyon dollar satıb

  Neft Fondu bir ayda 635 milyon dollar satıb
  06 Fevral 2019    Oxunub:1177
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu ilin yanvar ayı ərzində valyuta hərraclarında 634,9 milyon ABŞ dolları vəsait satılıb.
Bu barədə Azvision.az -a ARDNF-dən bildirilib.

Qeyd edək ki, Neft Fondu 2018-ci ilin yanvar ayı ərzində 299,1 mln. ABŞ dolları məbləğində vəsait satmışdı.

Azvision.az



Teqlər: Neft   Dollar  





Xəbər lenti