Ötən il yol tikintisinə 750 milyon ayrılıb

  07 Fevral 2019    Oxunub : 657
 Ötən il yol tikintisinə 750 milyon ayrılıb
2018-ci ildə ölkə başçısının 73 sərəncamı ilə avtomobil yollarının tikintisi və yenidən qurulması məqsədilə təqribən 750 milyon manat, o cümlədən ümumilikdə 506 yaşayış məntəqəsini birləşdirən və 1 milyon 163 min insanın yaşadığı kənd və qəsəbə yollarının tikintisi məqsədilə 471 milyon 260 min manat vəsait ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məqaləsində bildirib. Məqalədə vurğulanıb ki, əvvəlki illərdə icrasına başlanılan işləri də nəzərə alsaq, keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşdırılıb, yeni yollar salınıb, 2,2 milyon insanın yol problemi həll olunub.

Qeyd olunub ki, ölkə başçısının 2018-ci ildə imzaladığı 10 sərəncam əsasında ümumilikdə respublikanın 43 rayonunda 137 modul tipli məktəb quraşdırılıb.

Azvision.az

Teqlər: PA   İlham-Əliyev   Yol