Ötən il 1600 ton balıq ovlanıb

   Ötən il 1600 ton balıq ovlanıb
  07 Fevral 2019    Oxunub:2037
Balıq ehtiyatlarının mühafizəsi və ondan səmərəli istifadənin təmin olunmasında balıq ovunun tənzimlənməsi xüsusi əhəmiyyətə malikdir.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən xəbərə görə, balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2018-ci ildə 194 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilib 1707,1 ton kvotaya qarşı 1614,1 ton və ya 2017-ci illə müqayisədə 67,3 faiz çox balıq ovlanıb.

Ovlanmış balığın 1072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5,0 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb. Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib.

Azvision.az


Teqlər: Balıq   DSK  





Xəbər lenti