Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
  08 Fevral 2019    Oxunub:2149
Cari il yanvar ayının 31-də saat 18 radələrində Nərimanov rayonunun X.Şuşinski küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini olan azyaşlı vurulub.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasının “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini E.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti