Nazir Hacıqabulda vətəndaşları qəbul edib
Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi və işə qəbul kimi məsələləri əhatə edib. Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.
Azvision.az