Muzdla çalışanların maaşı artıb - 544,1 manat

 Muzdla çalışanların maaşı artıb -   544,1 manat
  11 Fevral 2019    Oxunub:3290
Cari il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən illə müqayisədə 1,6 faiz artaraq 1 milyon 548,9 min nəfər olub. Onlardan 883,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsinidən Azvision.az -a verilən məlumata görə, muzdla işləyənlərin 21,6 faizi təhsil, 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2018-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 3 faiz artaraq 544,1 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Azvision.az



Teqlər: DSK   Əməkhaqqı  





Xəbər lenti