“Azeri Light”ın qiyməti 65 dollara çatır

  13 Fevral 2019    Oxunub : 675
“Azeri Light”ın qiyməti 65 dollara çatır
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar artaraq 63,05 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,53 dollar bahalaşaraq 53,63 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,35 dollar artaraq 64,74 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft