“Nar”dan korporativ müştərilərə yenilənmiş təkliflər
Hər bir abunəçisinə xüsusi diqqət göstərən “Nar”, yüksək nəticələr göstərən korporativ müştəriləri üçün xüsusi hədiyyələr də təqdim edəcək. Qeyd edək ki, mobil operator korporativ müştəriləri üçün hər zaman vaxt ayırır və onlarla mütəmadi görüşlər keçirir. Görüş zamanı korporativ müştərilərə mobil operatorun yeni imkanları, təklifləri barədə məlumat verilir və əlaqələr gücləndirililir. “Nar” növbəti dəfə 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştərisinin iştirakı ilə “Cinema Plus” kinoteatrının “Nar” zalında yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.
“Nar” ilə korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar.
Azvision.az
Teqlər: Nar