Vergi ilə bağlı müraciətlərin 76 faizi həll edilib
Nazirliyin aparatına daxil olmuş 1751 müraciətdən 76 faizi ərizə, 22,3 faizi şikayət, 1,7 faizi təklifdir. Müraciətlərin 17,5 faizi sosial sığorta ödənişləri, 12,7 faizi vergi qanunvericiliyinin tətbiqi, 12,2 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 11,9 faizi müxtəlif arayışların alınması, 11,8 faizi kameral vergi yoxlamaları, qalanları isə digər məsələlərlə bağlı olub. Ay ərzində nazirliyin aparatına daxil olan 163 faktiki şikayətdən baxılması başa çatdırılanların 74,3 faizi barədə müvafiq izahatlar verilib, 11,4 faizi müsbət həll olunub, 5,7 faizi əsassız sayılıb, qalanları icradadır.
Bu ilin yanvarında vergi orqanlarının aidiyyəti struktur bölmələrinin, vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən 411 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.
Azvision.az
Teqlər: Vergilər-Nazirliyi