“Azeri Light”ın qiyməti 66 dollara çatır

  14 Fevral 2019    Oxunub : 608
“Azeri Light”ın qiyməti 66 dollara çatır
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,54 dollar artaraq 64,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 54,28 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,11 dollar artaraq 65,85 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft