Nazirdən ciddi tapşırıq: "Şəffaflıq təmin edilməlidir"

  14 Fevral 2019    Oxunub : 1160
Nazirdən ciddi tapşırıq: "Şəffaflıq təmin edilməlidir"
2019-cu ildə vergi sistemində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan daha geniş istifadə olunması, vergi qanunvericiliyinin tətbiqi sahəsində vergi nəzarətinin və auditin keyfiyyətinin yüksəldilməsi, habelə vergi işçilərinin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet istiqamətlər olacaq.
Azvision.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxışı zamanı deyib.

İri, orta və kiçik sahibkarlıq subyektləri ilə iş prinsiplərinn təkmilləşdirilməsinin vacibliyini qeyd edən M.Cabbarov vergi administrasiyasının əsas vəzifələrindən birinin hər bir kateqoriyadan olan vergi ödəyicilərinə fərdi yanaşmalar formalaşdırmaqdan ibarət olduğunu bildirib.

İri vergi ödəyiciləri ilə iş prinsipində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdülməsinə, elektron auditin tətbiqi siyasətinə üstünlük verilməsinə, orta sahibkarlıq subyektlərinə münasibətdə “kölgə iqtisadiyyatı”nın elemetlərinin aradan qaldırılmasına, kiçik sahibkarlara münasibətdə isə dürüst və şəffaf vergi uçotunun formalaşdırılmasının təmin olunmasına, sahibkarlıq subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə, xidmət sektorunun genişləndirilməsi və maarifləndirmənin aparılmasına üstünlük verilməli olduğu diqqətə çatdırılıb.

Kiçik sahibkarlar arasında könüllü əməletmə səviyyəsini yüksəltmək məqsədilə onların təqdim etdiyi hesabatlılıq sisteminin sadələşdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Azvision.az

Teqlər: Vergi