Ötən il vergi yığımlarına 114 faiz əməl edilib

Ötən il vergi yığımlarına 114 faiz əməl edilib
  14 Fevral 2019    Oxunub:1710
Ötən il vergi daxilolmaları 7 415 min manat təşkil etməklə nəzərdə tutulmuş proqnoz tapşırıqları tam icra edilib, qeyri-neft sektorundan daxilolmalar əvvəlki ilə nisbətən artıb, regionların inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlar üzrə proqnoz tapşırıqlarına 114% əməl edilib.
Azvision.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclasında məlumat verilib.

Qeyd edilib ki, dövlət büdcəsinə artıq ödəmələrin həcmi il ərzində 503,7 mln. manat və ya 21,4% azaldılıb. Vergi yoxlamalarının sayının əvvəlki ilə nisbətən 3,4 dəfə azaldılmasına baxmayaraq risklərin idarə edilməsi sistemi əsasında bir yoxlamaya düşən hesablamada 2 dəfəyədək artım qeydə alınıb.


Azvision.az




Teqlər: Vergi   Büdcə  





Xəbər lenti