1000 ədəd siqaret üçün 20 manat vergi alınacaq

  1000 ədəd siqaret üçün 20 manat vergi alınacaq
  14 Fevral 2019    Oxunub:3196
Cari il yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər çərçivəsində aksizli mallara vergi nəzarətini nəzərdə tutan müddəalar üzrə əlavə və dəyişikliklər aparılıb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a verilən məlumata görə, məcəllənin 190-cı maddəsi ilə müəyyənləşən aksizli malların siyahısına energetik içkilər, elektron siqaretlər üçün maye və avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) əlavə edilməklə aşağıdakı aksiz vergisi dərəcələri müəyyənləşdirilib: alkoqollu energetik içkilər – hər litrinə 2 manat; alkoqolsuz energetik içkilər –litrinə 3 manat; elektron siqaretlər üçün maye –litrinə 20 manat; avtobuslar üzrə - mühərrik həcminə uyğun olaraq 2 manatdan 10 manatadək (istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 min kilometrdən artıq olduqda, 1,5 əmsal tətbiq edilməklə).

Həmçinin, tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri üzrə əvvəl tətbiq olunan 1000 ədədinə 12 manat aksiz vergisi dərəcəsi dəyişdirilərək 1000 ədədinə 20 manat və siqarlar üzrə əvvəl tətbiq olunan 1000 ədədinə 10 manat aksiz vergisi dərəcəsi dəyişdirilərək, bir ədədinə 1 manat olaraq müəyyənləşdirilib.

Azvision.az



Teqlər: Vergilər-Nazirliyi   Aksiz   Siqaret  





Xəbər lenti