Azərbaycanda sosial müavinətlər artırılacaq

  Azərbaycanda sosial müavinətlər artırılacaq
  14 Fevral 2019    Oxunub:12434
Əhaliyə verilən sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır.

Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfrasında deyib.
Nazir bildirib ki, müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var: “Bu gün 80-nə qədər müxtəlif müavinət növləri var. Onları daha da sadələşdirib cəmləşdirilməsinə, eyni zamanda məbləğinə kompleks olaraq baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin isə məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənar qalıblar.

Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq. Müavinət alanlar 500 min insandır. Sürətli qərar da vermək olmaz. Çünki, bu 500 min insanın həyatına təsir edəcək addımdır. Biz bunu ətraflı araşdırırq. Asiya Bankının, Dünya Bankıın ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   sosial-müavinət  





Xəbər lenti