Pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

Pərakəndə ticarət dövriyyəsinin həcmi artıb
  15 Fevral 2019    Oxunub:1730
2018-ci ildə paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 3,8 faiz artaraq 20 milyard 797,3 milyon manat olub.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadən xəbər verir ki, il ərzində qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin səviyyəsini 3,8 faiz üstələyərək 20 milyard 787,9 milyon manat təşkil edib.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti