Azərbaycan neftinin qiyməti 68 dolları keçib

  16 Fevral 2019    Oxunub : 1163
 Azərbaycan neftinin qiyməti 68 dolları keçib
Azərbaycan neftinin qiyməti bahalaşıb. Son məlumatlara əsasən, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,9 dollar artaraq 68,06 dollar təşkil edib.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,68 dollar artaraq 66,25 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,18 dollar bahalaşaraq 55,59 dollar olub.

Azvision.az

Teqlər: Neft   Birja