“Haqsız rəqabətin qarşısını alırıq” - Mikayıl Cabbarov

  “Haqsız rəqabətin qarşısını alırıq” -    Mikayıl Cabbarov
  18 Fevral 2019    Oxunub:3214
"2019-cu ildə vergi sahəsində əsas hədəf kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində addımlar olacaq"

Azvision.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov "Vergilər.Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib. Nazir bildirib ki, cari ildə qarşıda duran əsas hədəflərdən biri vergi sistemi ilə bağlıdır.
"Ötən il vergi qanunvericiliyində ciddi dəyişiklik edilib. Buna görə də ötən il vergi sistemində köklü dəyişikliklər ili hesab oluna bilər. 2018-ci ildə kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması üçün uçot sistemi ilə bağlı işlərimiz bəzən müqavimətlə və bir günlük şirkətlərin yaradılması halları ilə qarşılaşdı. Bu səbəblər idi və bunların aradan qaldırılması üçün görülən işlər artıq öz müsbət nəticəsini verməyə başlayıb. Şəffaflıq iqtisadiyyatı rəqabətqabiliyyətli edir, ona görə də haqsız rəqabətin qarşısının alınması üçün lazım olan addımları atırıq”.

Vergilər naziri qeyd edib ki, 2018-ci ildə aparılan yoxlama zamanı vergidən yayınma ilə bağlı böyük rəqəmlər ortaya çıxıb: “İri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon manat, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılması aşkarlanıb. Bunlar hələ vergi yoxlamasına cəlb edilənlərdir. 2019-cu ildə bəyan edilən dövriyyələrin sayı və daxilolmaların həcmi artıb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti