Azərbaycanda səyyar vergi yoxlamaları azalıb
Azvision.az xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov "Vergilər.Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda bildirib. Onun sözlərinə görə, vergi ombudsmanı sahibkarların şikayətlərinin operativ baxılması, onlara hüquqi yarıdımın göstərilməsi baxımından əhəmiyyətlidir.
Nazir, həmçinin ötən il vergi yoxlamalarının azaldığını vurğulayıb. Qeyd edib ki, hər 1000 aktiv fəaliyyət göstərən ödəyicədən 4-də səyyar yoxlama aparılıb, bu isə 0,4 faiz göstəricidir. Bundan əlavə, kiçik sahibkarlıq subyekti yoxlamaya məruz qalmır.
Aytən Zəhra
Azvision.az
Teqlər: Vergilər-Nazirliyi Yoxlama