Yanvarda Azərbaycanın neft ixracı artıb

Yanvarda Azərbaycanın neft ixracı artıb
  18 Fevral 2019    Oxunub:1873
Cari ilin yanvarında Azərbaycandan 2 milyon 395 min 69 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. Ay ərzində ixrac edilən neft və neft məhsullarının dəyəri isə 1 milyard 18 milyon 113 min ABŞ dolları olub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2018-ci ilin yanvarında ölkədən 1 milyon 811 min 648 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 874 milyon 821 min dollar təşkil edib.

Azvision.az



Teqlər: Neft   İxrac  





Xəbər lenti