Ziyad Səmədzadə: “Büdcə xərclərini artırmaq lazımdır”

  18 Fevral 2019    Oxunub : 1087
 Ziyad Səmədzadə: “Büdcə xərclərini artırmaq lazımdır”
"Azərbaycan adambaşına düşən büdcə xərclərinə görə dünyada bir sıra ölkələrdən geri qalır. Buna səbəb real gəlirlərin optimallaşdırılmaması, düzgün nəzərə alınmamasıdır"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Vergilər.Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən forumda deyib. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində adambaşına düşən büdcə xərcləri Azərbaycandan 5-6 dəfə çoxdur.

"ÜDM-də büdcənin xüsusi çəkisini 33-35 faizə qaldırmışıq. İnkişaf etmiş ölkələr bu göstəricidən heç vaxt aşağı düşmür. Çünki onlarda sosial sistem yaranıb, büdcədən maliyyələşən təşkilatlar artır və s. Biz bunu qoruyub saxlamalıyıq. Bunun üçün büdcə xərclərini artırmaq lazımdır. Dünyanın əksər ölkələrində adambaşına düşən büdcə xərcləri Azərbaycandan çoxdur. Bu geriliyi aradan qaldırmalıyıq. Kölgə iqtisadiyyatının 10-15 faiz azaldılmasına nail olsaq, dünya miqyasında göstəricilər yaxşılaşacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Ziyad-Səmədzadə