Tezliklə yeni nəzarət-kassa aparatları tətbiq ediləcək

  18 Fevral 2019    Oxunub : 891
Tezliklə yeni nəzarət-kassa aparatları tətbiq ediləcək
"Yeni nəsil nəzarət-kassa aparatları bir sıra yanacaqdoldurma məntəqələrində və ticarət obyektlərində sınaq rejimində quraşdırılıb"
Azvision.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Bildirib ki, həm sahibkarların, həm də vətəndaşların bu qurğulara marağını nəzərə alaraq onların tətbiqi sürətləndiriləcək:

"Sahibkarların bu kassa aparatlarını necə əldə edə biləcəyini demək hələ çətindir. Bununla bağlı müxtəlif yanaşmalar var və hələ qərar qəbul olunmayıb".

Qeyd edək ki, ötən həftə Nazirlər Kabineti "Azərbaycan vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"ni təsdiq edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Sahib-Ələkbərov