Oyun zallarından oğurluq edən şəxs tutuldu

  18 Fevral 2019    Oxunub : 773
Oyun zallarından oğurluq edən şəxs tutuldu
Cari il yanvarın 11-də Şirvan şəhər sakini Samid Əmirəliyev ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus oyun zalından 2 ədəd oyun aparatının və 5 ədəd idarəetmə cihazının oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Azvision.az -a verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 22 yaşlı Cosqun İsmayılov saxlanılıb. Dindirilmə zamanı o, bu əməli bir nəfər tanışı ilə törətdiyini etiraf edib.

Ətrafında aparılan araşdırmalarla onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus oyun zallarından ümumilikdə 11 ədəd oyun cihazı, 1 ədəd televizor, 1ədəd noutbuk oğurladığı məlum olub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN