Gömrük Komitəsi büdcəyə 329 milyon köçürüb

  18 Fevral 2019    Oxunub : 864
Gömrük Komitəsi büdcəyə 329 milyon köçürüb
Yanvarda Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 329 milyon 645 min manat təşkil edib.
Komitədən Azvision.az -a bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 76 milyon 480 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 233 milyon 48 min manat, aksizlər üzrə 16 milyon 862 min manat, yol vergisi üzrə isə 3 milyon 254 min manat olub.

Azvision.az

Teqlər: DGK