Naxçıvanda orta aylıq əməkhaqqı artıb

  21 Fevral 2019    Oxunub : 973
 Naxçıvanda orta aylıq əməkhaqqı artıb
Ötən ay Naxçıvan Muxtar Respublikasında 29 milyon 721 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, ixracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 23 milyon 950 min ABŞ dolları təşkil edib, 18 milyon 178 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

2018-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433 manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 3,1 faiz çoxdur.

Azvision.az

Teqlər: Naxçıvan   Ticarət