Ermənistana məxsus taktiki PUA məhv edilib - FOTO

 Ermənistana məxsus taktiki PUA məhv edilib -  FOTO
  21 Fevral 2019    Oxunub:6247
ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.







Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Ermənistan   PUA  





Xəbər lenti