Nazir müavini Zəhra Salmanlı ilə görüşüb

Nazir müavini Zəhra Salmanlı ilə görüşüb
  23 Fevral 2019    Oxunub:2215
Bu gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tehranda keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb.
Azvision.az xəbər verir ki, nazir müavini bütün rəqiblərinə qalib gələrək 1-ci pilləni tutan idmançımızı təbrik edib və Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığa görə Zəhraya təşəkkürünü bildirib. Gələcək yarışlarda və təhsilində ona uğurlar arzu edib.

Belə ki, Tehranda turnirin keçirildiyi zalda Azərbaycan bayrağının erməni bayrağının altında asıldığını görən Zəhra buna etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini söyləyib. İdmançımızın kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.

Daha sonra yarışa başlayan Zəhra rəqiblərini məğlub edib və 1-ci yerə çıxıb. Görüşdən sonra gənc idmançıya mükafat və diplom təqdim olunub.



Azvision.az





Teqlər: Nazir-Müavini  





Xəbər lenti