Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

  23 Fevral 2019    Oxunub : 1099
Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq
Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatla­rının təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində - 23 fevral tarixində Avropanın siyasi mərkəzi olan Brüsseldə (Lüksem­burq meydanında) “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, diaspor təşkilatları mitinqin canlı olaraq Azərbaycanda da yayım­lanma­sı təşəbbüsünü irəli sürüblər:

"Komitə xaricdə yaşayan soydaşlarımızın hər bir təşəbbüsünə, o cümlədən bu mitinqin canlı yayımlanması ilə bağlı təşəbbüsə diqqət və həssaslıqla yanaşır. Mitinqlə bağlı lazımi dövlət qurumlarına, eləcə də televiziyalara rəsmi məktublar göndərilib, mətbuata açıqlama verilib, sosial şəbəkə üzərindən diaspor təşkilatlarına bütün mümkün dəstəklər göstərilir.

"Mitinq yerli vaxtla saat 14:00-16:00 arasında olacaq. Bu da Bakı vaxtı ilə saat 17:00-19:00-a düşür. Bu saatda hər kəs mitinqi Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı olaraq izləyə bilər.

Mətbuat xidməti olaraq, bütün həmvətənlərimizdən xahiş edirik ki, mitinqlə bağlı xəbərləri, videoları sosial şəbəkə üzərindən, eyni zamanda müxtəlif dillərdə daha çox paylaşsınlar. Bu həm düşmənə bir cavabdır, həm də xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini stimullaşdırır"

Azvision.az

Teqlər: Qarabağ   Mitinq