Stokholmda Ermənistan səfirliyi önündə etiraz aksiyası - FOTOLAR

 Stokholmda Ermənistan səfirliyi önündə etiraz aksiyası -    FOTOLAR
  23 Fevral 2019    Oxunub:3294
İsveçin paytaxtı Stokholmda yerləşən Ermənistan səfirliyinin qarşısında, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən Xocalı faciəsinin növbəti ildönümü münasibətilə aksiya keçirilib.
İsveçdə fəaliyyət göstərən müxtəlif diaspor cəmiyyətlərinin və fəalların qatıldığı aksiyada, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasət haqqında məlumat verən plakatlar qurulub. Əllərində Azərbaycan, Türkiyə və İsveç bayraqları olan aksiya iştirakçıları, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc Xocalı şəhərinə və onun sakinlərinə qarşı həyata keçirilmiş amansız hərbi əməliyyatlara bağlı yerli ictimaiyyəti məlumatlandırıb.



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı təsvir edən və baş vermiş faciə haqqında müxtəlif dillərdə informasiyanın olduğu broşürlər Stokholm sakinlərinə təqdim olunub, habelə onları maraqlandıran suallara cavab verilib.



Daha sonra, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən Xocalı hadisələri haqqında bəyanat qəbul olunub. İsveç hökumətinin ofisi, Krallığın parlamentinin deputatlarına və spikerinə habelə, Ermənistanın İsveçdəki səfirliyinə ünvanlanmış bəyanatda Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verilib.



Sənəddə qeyd olunub ki, bir gecə ərzində 613 nəfər Xocalı sakini qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilmədi, 487 şəxsin yaralanması və 1275 nəfərin əsir götürülməsi, 197 xocalı sakinin isə itkin düşməsi dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənməli, gələcəkdə belə halların baş verməməsi üçün Xocalıda olmuş qanlı hadisələrə düzgün siyasi qiymət verilməlidir.



Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti