Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?
Bunu Əmlak Xidmətləri Məkanının rəhbəri Rəşad Əbləsənov deyib.
R.Əbləsənov əlavə edib ki, fərman müvafiq dövlət qurumlarının üzərinə daşınmaz əmlak sahiblərinin mülkiyyət hüquqlarının operativ şəkildə tanınması üçün zəruri tədbirlərin qəbul edilməsi ilə bağlı öhdəliklər qoyur. Əmlak Xidmətləri Məkanının rəhbər həmçinin texniki pasport və çıxarışların verilməsi prosedurlarından danışıb:
"Prosedura əsasən, binaların istismara verilməsi haqqında rəy Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanacaq. Daha sonra bu rəylər Dövlət Şəhərsalma və Memarlıq Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına ötürüləcək. Sonra yeddi gün ərzində bu qurumlar tərəfindən binanın istismarına icazə verilməsi barədə qərar qəbul ediləcək. Vətəndaşlar mənzil-tikinti kooperativinin protokolundan çıxarışı və mənzil borcunun olmaması barədə arayış təqdim edəcək. Bu sənədlər əsasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən mülkiyyət hüququnun operativ tanınması təmin olunacaq və texniki pasportlar və çıxarışlar veriləcək".(Trend)
Azvision.az
Teqlər: Əmlak