Toxuculuq sənayesində 57 faiz artım olub

Toxuculuq sənayesində 57 faiz artım olub
  23 Fevral 2019    Oxunub:2096
Yanvarda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 38,3 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, əvvəlki ilin eyni ayı ilə müqayisədə toxuculuq sənayesində 56,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 1,5 faiz artım, geyim istehsalında isə 32,3 faiz azalma müşahidə olunub.

Azvision.az



Teqlər:





Xəbər lenti