Naftalanın icra başçısı vəfat edib - Yenilənib

 Naftalanın icra başçısı vəfat edib -  Yenilənib
  25 Fevral 2019    Oxunub:10895
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dünyasını dəyişib.

Azvision.az-ın məlumatına görə, icra başçısı ötən gün axşam saat 22:00 radələrində Bakı şəhərində vəfat edib. Onun ürəktutmasından öldüyü bildirilir.
Qeyd edək ki, Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliiyətinə 1991-ci ildən "Azneft" İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb. ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.

2011-ci ildən 18 may 2018-ci il tarixədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamenitinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

Ölkə başçısının neft sənayesi işçilərinin təltif edilməsi haqqında 2014-cü il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Yeni Azərbaycan Partiyasının üzvü olub. 2 övladı yadigar qalıb.

Xatırladaq ki, yanvarın 9-da Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi, 1970-ci il təvəllüdlü Rövşən Aslanov vəfat edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naftalan   İcra  





Xəbər lenti