Azərbaycanla Polşa arasında nəqliyyat üzrə iclas keçirilib
İclas çərçivəsində avtomobil, dəmir yolu, dəniz nəqliyyatı, tranzit daşımalar və poçt xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində yük daşımaları zamanı iki ölkənin tranzit imkanlarından tam istifadə edilməsi və Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviq olunması istiqamətində birgə tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Görüşdə müzakirə olunan məsələlərin nəticələrinə dair iclasın Protokolu imzalanıb.
Azvision.az
Teqlər: Azərbaycan Polşa