Zurabişvili İlham Əliyevi Batumi konfransına dəvət edib

  27 Fevral 2019    Oxunub : 896
 Zurabişvili İlham Əliyevi Batumi konfransına dəvət edib
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi Batumi konfransına dəvət edib.
Azvision.az xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Zurabişvilinin mətbuata bəyanatında bildirilib.

"Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir”.

Azvision.az

Teqlər: Zurabişvili