Qazaxıstanla dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib

Qazaxıstanla dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib
  27 Fevral 2019    Oxunub:1884
Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanovla “Qazaxstan Dəmir Yolları” SC-nin sədri Sauat Mınbayev arasında ikitərəfli görüş keçirilib.
ADY-dən Azvision.az -a verilən məlumata görə, C.Qurbanov rəhbərlik etdiyi qurumun reallaşdırdığı layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğunu bildirib. S.Mınbayev isə ikitərəfli əməkdaşlığln gələcək perspektivləri haqqında danışıb.

Görüşdə Azərbaycan və Qazaxstanın dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.

Azvision.az


Teqlər: ADY  





Xəbər lenti