Bakıda Hindistan məhsullarının sərgisi keçiriləcək
Biznes və ticarətdən əlavə tədbir, həmçinin mədəni tədbirlər, yemək və Bollivud festivalı və sair vasitəsilə “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaq. Sərgiyə giriş sərbəstdir.
Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur. 2017-ci ildə Hindistanın Azərbaycana ixracının həcmi 37 milyon dolları keçib, Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatıb. Azərbaycanın təcrübəli kadrlarını və tələbələrini Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq var.
PHD Ticarət və Sənaye Palatası Hindistanın aparıcı sənaye palatalarından biridir və 1905-ci ildə yaradılıb. 130 minədək birbaşa və bilavasitə üzvə malik olan palata sənayenin həqiqi təmsilçisi kimi müxtəlif sahələrə aid sənaye təcrübələri vasitəsilə öz irsini irəli aparır.
Azvision.az
Teqlər: Hindistan