Fermerlərə toxumlar verilib
Yüksək məhsuldar, ölkənin iqlim şəraitinə uyğun və vegetasiya dövrü qısa olan bu toxumlar Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən anbardan bu ilin martın 1-də kartofçuluq üzrə inkişaf etmiş Cəlilabad, Qazax və Gədəbəy rayonlarında fəaliyyət göstərən torpaq mülkiyyətçilərinə təqdim olunub. Qeyd edək ki, təqdim olunan toxumların müşayiətedici sənədləri və toxumluq olması barədə sertifikatları var. Bu da onların əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradacaq.
Dövlət Toxum Fondunun əsas prioriteti fermerləri məhsuldar və ölkənin iqlim şəraitinə uyğun olan toxumlarla təmin etmək, bununla da fermerlərin böyük zəhmət bahasına yetişdirdikləri məhsulların həm keyfiyyətinin, həm də məhsuldarlığının bol olmasına zəmin yaratmaqdır.
Azvision.az
Teqlər: KTN