400-dən çox şəhid polisin vərəsəsi birdəfəlik ödəmə alacaq
Vərəsələr həmin bölmədə daxili işlər orqanlarının şəhid olmuş əməkdaşının adı, soyadı və atasının adını qeyd edərək, birdəfəlik ödəməni almaq hüquqlarının olub-olmadığını öyrənirlər. Bundan sonra birdəfəlik ödəmə almaq hüququ olan vərəsələr notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edir və onların sənədləri elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Nazirlikdəki müvafiq Komissiya isə şəhidlərin vərəsələrinin sənədləri əsasında birdəfəlik ödəmənin verilməsinə dair qərarlar qəbul edir.
1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarından ibarət 400 nəfərdən çox şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqları müəyyən olunub. Onlardan artıq əksər şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri nazirliyə təqdim edilib.
Azvision.az
Teqlər: ƏƏSMN