“Azeri Light” cüzi bahalaşıb

  05 Mart 2019    Oxunub : 760
“Azeri Light” cüzi bahalaşıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar geriləyərək 65,35 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,29 dollar ucuzlaşaraq 56,30 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,87 dollar artaraq 67,35 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft