Neftin qiyməti ucuzlaşır

  06 Mart 2019    Oxunub : 592
Neftin qiyməti ucuzlaşır
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar geriləyərək 65,34 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,47 dollar ucuzlaşaraq 56,09 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 67,16 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft