Bakı Fond Birjasında hərrac keçirilib

Bakı Fond Birjasında hərrac keçirilib
  07 Mart 2019    Oxunub:1543
Martın 6-da Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101073S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bakı Fond Birjasından Azvision.az -a verilən məlumata görə, hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4388 AZN (7,26 faiz) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 673 milyon 953 min AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7,26 faiz), orta ölçülmüş qiyməti 99.4388 AZN (7,26 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 milyon AZN təşkil edib.

Notların ödəmə tarixi aprelin 4-dədir.

Azvision.az



Teqlər: Hərrac  





Xəbər lenti