Komitədən 8 Martla bağlı özəl gün
Bu addım xanımların dövlət tərəfindən diqqət mərkəzində olmasının, sosiallıq prinsipinin ön planda yer almasının əyani göstəricisidir. Kampaniya qeyd edilən təbəqədən olan xanımların daha rahat və optimal yolla əmlaklarını qeydiyyatdan keçirməsinə, onların məmnunluğunun təmin edilməsinə, vaxtlarına qənaət etməsinə şərait yaradıb.
Çıxarışların təqdim edilməsi ilə yanaşı, komitə əməkdaşları xüsusi qayğıya ehtiyacı olan bir neçə qadınlardan mülkiyyət hüququnun təmin olunması üçün lazımi sənədləri toplayıblar. Kampaniya çərçivəsində komitənin hüquqşünasları xanımlara yardımçı olublar, onların qeydiyyat prosesi və sənədlərlə bağlı suallarını cavablayıb, sənədlərin necə əldə edilməsi, hansı qurumlara müraciət edilməsi ilə bağlı istiqamət veriblər. Qadınlar sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvanlarına çatdırılmasından razılıqlarını ifadə ediblər.
Sosial mahiyyət daşıyan belə tədbirlər mülkiyyətçi xanımların sayının artmasına, qadınların öz əmlaklarını daha aktiv şəkildə iqtisadi proseslərə cəlb etməsinə, o cümlədən qeydiyyat xidmətlərinə olan marağın artmasına imkan verir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların maksimum rahatlığını təmin etməyə yönələn tədbirlər, sosial layihələr davam etdiriləcək, ictimai xidmətlərdə vətəndaş məmnunluğu daha da artırılacaq.
Azvision.az
Teqlər: ƏMDK