Qeydiyyatdan keçən vergiödəyicilərinin sayı artıb

Qeydiyyatdan keçən vergiödəyicilərinin sayı artıb
  07 Mart 2019    Oxunub:1716
Yanvarda qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı 9346 (1243 hüquqi şəxs, 8103 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,5 faiz çoxdur.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a verilən məlumata görə, qeydiyyatdan keçmiş vergiödəyicilərinin 54,8 faizi regionların payına düşüb. Bununla da, cari il martın 1-nə vergi orqanlarında qeydiyyatda olan vergiödəyicilərinin ümumi sayı 988 min 158-ə çatıb.

Hesabat dövründə 1243 kommersiya hüquqi şəxsdən 69,1 faizi, 8103 fiziki şəxsdən 1,8 faizi elektron qaydada qeydiyyatdan keçib.

Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti