AQTA saxta sertifikatlarla bağlı xəbərdarlıq etdi

   AQTA saxta sertifikatlarla bağlı xəbərdarlıq etdi
  07 Mart 2019    Oxunub:2222
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı idxal olunan yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının bəzi sahibkarlıq subyektləri tərəfindən saxtalaşdırılması halları aşkar olunub.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlərlə məşğul olan şəxslər üçün qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyəti nəzərdə tutulub.

"Qida Təhlükəsizliyi Agentliyi bir daha bu kimi qanunsuz fəaliyyətlə məşğul olan şəxslərdən öz əməllərindən çəkinməyi tələb edir və bildirir ki, aparılan nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş faktlarla bağlı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir".

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti