Məşğulluq Xidməti 66 təlimçi hazırlayıb

  09 Mart 2019    Oxunub : 722
Məşğulluq Xidməti 66 təlimçi hazırlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesini davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bu məqsədlə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, BeyləqanSalyan rayonlarında növbəti təlim kursları keçirilib. Təlimlərdə BƏT-in bir çox ölkələrdə müvəffəqiyyətlə sınaqdan keçmiş metodologiyasından istifadə edilib. Ümumilikdə təlimdə 66 nəfər iştirak edib.

Onlara Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə baş təlimçisi tərəfindən “Öz biznesinə başla” proqramı çərçivəsində aidiyyəti mövzularda bilik və bacarıqlar öyrədilib.

Növbəti mərhələdə təlimlərin Bakı şəhəri üzrə təşkil edilməsi planlaşdırılır.

Azvision.az

Teqlər: ƏƏSMN