Astarada azot gübrəsi güzəştli satılıb
Bu rayona yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıb. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə ediblər.
Astara rayonunda keçirilən səyyar satış zamanı Kijəbə və ətraf 12 kənd üzrə 102 vətəndaş müraciət edərək onlardan 72 vətəndaş səyyar satışdan güzəştli şərtlərə gübrə əldə edib. Astarada keçirilən səyyat satışda 16,7 ton ammonium nitrat, 2,6 ton ammonium sulfat, 2,2 ton nitroammofoska gübrəsi satılıb. Bu rayona ən yaxın kəndlər olan Qəzli, Qruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və digər ətraf kəndlərinin sakinləri səyyar satışdan yararlana bilib.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə ediblər. Sabirabad rayonunda keçirilən səyyar satış zamanı Qəzli və ətraf 6 kənddən 70 vətəndaş müraciət edərək 46,4 ton ammonium nitrat gübrəsi alıb.
Azvision.az